Bakının bir hissəsində qaz yoxdur. Bu haqda bu gün, 2 avqust tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Səbail rayonunun Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Ceyhun Hasilov, Nürəddin Paşayev, Tofiq Məmmədov küçələrində, həmçinin Sulutəpə və Şağan qəsəbəsinin Nüsrət Məmmədov, Məktəbli küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bundan əlavə, Sabunçu rayonunun Maştağa qəsəbəsi, Xanlar küçəsi, Maştağa Albalılıq, Bilgəh Albalılıq, Bağlar massivinin də qaz təchizatında müvəqqəti dayandırılacaq.