Bakının bir neçə rayonunda suyun verilişində dəyişmələr olacaq. Bu haqda bu gün, 13 may tarixində Bakuplus.az “Azərsu”ya istinadən xəbər verir.
Oğuz–Qəbələ–Bakı su kəmərində təmir-bərpa işləri aparılacaq. Bu səbəbdən 14-16 may tarixlərində gün ərzində Binəqədi, Yasamal, Nəsimi və Səbail rayonları ərazisində suyun verilişi rejimlərində tənzimləmələr aparılacaq.