Bakının 3 rayonunda qazın verilişi dayandırılacaq. Bu haqda bu gün, 30 may tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Görüləcək təmir işləri ilə əlaqədar bu gün saat 10:00-dan etibarən Suraxanı, Xəzər və Nərimanov rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
Məhdudiyyət Suraxanı rayonunda Hövsan bağları yaşayış massivi və Hövsan qəsəbəsini, Nərimanov rayonunda A. Nemətulla, F.X.Xoyski və Ə.Rəcəbli küçələrini, Xəzər rayonunda isə Şüvəlan qəsəbəsini, Almas İldırım, Sabir, Dənizkənarı, Şimal DRES və Mayak bağları yaşayış sahələrini əhatə edəcək.