Bakının 3 rayonunda qaz kəsilib. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Nizami rayonu, Şərifli küçəsi, 24/25 ünvanında yeni siyirtmənin quraşdırılması, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə M.Nərimanov küçələrinin kəsişməsində yeni qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Binəqədi rayonu ərazisində qaz kəmərlərinin kipliyə sınaq olunması məqsədilə bir sıra ərazilərdə qazın verilişi dayandırılıb.
Məhdudiyyət Nizami rayonunun Şərifli, E.Süleymanov, C.Naxçıvanski və R.Rüstəmov küçələri, Nərimanov rayonunun Z.Bünyadov prospekti, İ.Abışov, Baksol yolu, Ə.Qayıbov və M.Paşayev küçəsi, Binəqədi rayonunun 1-3-cü Mədən ərazilərinin bir hissəsini əhatə edir.