Bu gün Bakının Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu haqda BakuPlus.az "Azərsu" ASC-yə istinadən bu gün, 9 sentyabr tarixində xəbər verir.
Suyun verilişində fasilənin səbəbi magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədardır.
Qurum yaranan müvüqqəti narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.