Bakının Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yaşayış binası sökülür. Bu haqda bu gün, 11 aprel tarixində Trend məlumat verib.
1960-cı ildə istifadəyə verilən binadan artıq 90 ailə çıxarılıb. Yararsız evin yerində müasir standartlara cavab verən yeni bina tikiləcək. İki il müddətində, yeni bina tikilərkən evdən çıxarılan ailələrə kirayə mənzil haqqı üçün aylıq 350 manat ödəniləcək.
Bu ərazidə ümumilikdə 11 tikilinin mərhələli şəkildə sökülməsi nəzərdə tutulub. İlkin mərhələdə 5, sonrakı mərhələdə isə 6 binanın söküləcəyi gözlənilir.