Yasamal və Suraxanı rayonlarında qaz olmayacaq. Bu haqda bu gün, 1 iyun tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Suraxanı rayonunun Bülbülə qəsəbəsi, A.Rzayev və M.Mustafayev küçələrində 2000 abonentə qaz verilməyəcək. Buna səbəb Bülbülə qəsəbəsində qaz xəttindəki sızmanın aradan qaldırılmasıdır.
Yasamal rayonunun isə İzmir küçəsi, 5a ünvanında 1000 istehlakçıda qaz olmayacaq. Səbəb olaraq adıçəkilən küçədə qaz xəttinin dəyişdirilməsi göstərilir.
Məhdudiyyətlər saat 10:00-dan qüvvəyə minir.