Metronun “28 May” stansiyasında təmir işlərinə başlanılıb. Bu haqda bu gün, 14 iyun tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Metronun "28 May" stansiyasının qarşısındakı avtomobillərin girişi üçün bağlanan Cəfər Cabbarlı meydanında yenidənqurma işlərinə başlanılır.
Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, xarici mütəxəssislərin iştirakı ilə xüsusi olaraq hazırlanmış və müasir tələblərə tam cavab verən layihə sənədlərinə əsasən, burada piyadaların hərəkəti üçün zona yaradılacaq və yalnız ictimai nəqliyyatın girişinə icazə veriləcək. Meydanla yanaşı, ətraf ərazi də abadlaşdırılacaq.
[URIS id=140922]