Bakının Səbail və Qaradağ rayonlarında ağacəkmə aksiyası keçirilib. Bu haqda bu gün, 16 mart tarixində Bakuplus.az Bakı Şəhər İcra Hakimiyyətinə istinadən xəbər verir.
Novruz bayramı ərəfəsində keçirilən aksiya çərçivəsində rayonların ərazilərində 600 ağac və kol bitkiləri əkilib.
“Qlobal iqlim dəyişiklikləri və su qıtlığı təhlükəsi ilə əlaqədar Bakı şəhərində quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun, həmçinin müxtəlif rəngdə çiçəklənən ağac və kolların əkilməsi işləri aparılır. Bu kimi ağacəkmə aksiyalarının Bakı şəhərinin bütün rayonlarında keçirilməsi nəzərdə tutulur”, – deyə məlumatda qeyd olunub.