top
Bakının kanalizasiya sistemi bu il yağış mövsümünə dözəcək? – AÇIQLAMA
08 dekabr 2023, 06:53
- ↺ +

Bakının kanalizasiya sistemi bu il yağış mövsümünə dözəcək? – AÇIQLAMA

Hər il paytaxtda yağan güclü yağışların öhdəsindən Bakının yollarındakı drenaj sistemi gələ bilmir. Bu səbəbdən bir çox paytaxt sakinləri kanalizasiya sisteminin qarşıdan gələn yağıntılara tab gətirə bilib-bilməyəcəyi ilə maraqlanır. Bu haqda bu gün, 8 dekabr tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.

Memarlıq və İnşaat Universitetin Su təchizatı və işlənmiş suların kənarlaşdırılması kafedrasının müəllimi Aqşin Kərimovun verdiyi məlumata görə, paytaxtda drenaj sistemlərinin vəziyyəti yaxşı deyil. Bakının kanalizasiya sisteminin əksər hissəsi kanalizasiya şəbəkələrinə qoşulduğuna görə drenaj suyun nəqlini çətinləşdirir və şəhərdə gölməçələrin yaranmasına səbəb olur.

“Avropa ölkələrində yağış sularını və kanalizasiya xətlərini aparan ayrı-ayrı xətlər, drenajlar var. Yağan yağış, qar sularının drenajlar vasitəsilə axıdılması çox gözəl bir metoddur. Demək olar ki, Bakı şəhərində çəkilən kanalizasiya xətləri 1870-ci illərindir. Bu xətlərin çox hissəsi dəyişdirilməyib”, – deyə Aqşin Kərimov bildirib.

Mütəxəssis bu məsələ ilə bağlı əlavə edib ki, “Azəravtoyol” yol çəkəndə kanalizasiya sistemlərinə fikir verməlidir. Yolları düzəldəndə bir çox yerdə kanalizasiya borularının üstünü bağlayırlar. Həmçinin drenajlı xətlərin çoxu təmizlənmir. “Azəravtoyol” “Azərsu” ilə birgə işləməlidir. Əgər bu yol dağılırsa, həmin yolda təzə drenajlar və kanalizasiya xətləri çəkilməlidir.

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, payız-qış mövsümünə hazırlıqlar çərçivəsində təmizləmə işləri keçirilib.

Təmizləmə işləri çərçivəsində təxminən 5 mindən artıq kanalizasiya baxış quyusu və yağış barmaqlıqları bərk məişət tullantılarından, yad cisimlərdən təmizlənib, quyular tam ötürücülük kabeli ilə təmin olunub.

“300 kilometrdən artıq tunelin kollektorun və xətlərin təmizlənmə işləri həyata keçirilib və bu işlər hal-hazırda da davam etdirilir. Bu günlərdə Bakıda ayrılmış yağış su sistemləri yoxdur. Əsasən, yağış suları bizim kanalizasiya kollektorlarına axıdılır və onun vasitəsilə kənarlaşdırılır”, – deyə Anar Cəbrayıllı məlumat verib.

Son xəbərlər

Xəbər
Bu gün, 17:53

"Mən səni hər ilin bu ayın bu günündə yenidən itirirəm" - Şəhid hərbi həkimin xanımı

Cəmiyyət
Bu gün, 12:22

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Xəbər
Bu gün, 00:10

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Xəbər
Bu gün, 00:01

27 sentyabr – Anım Günü: İkinci Qarabağ müharibəsinin başlamasından 6 il ötür

Xəbər
Dünən, 17:40

Azərbaycanda çörək BAHALAŞACAQ? — AÇIQLAMA

Yasamal
Dünən, 16:33

Bakıda valideynləri dalaşan qız "Domestos" içdi

Xəbər
Dünən, 15:50

Prezident və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar

Xəbər
Dünən, 15:01

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb

Aktual Xəbərlər
Dünən, 14:37

Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Xəbər
Dünən, 13:15

Sabah Bakıda 29 dərəcədə isti olacaq

Suraxanı
Dünən, 12:29

Asfaltlama adı ilə yol bağlandı, amma heç bir iş görülmədi - VİDEO

Xəbər
Dünən, 11:30

İlham Əliyev: "Azərbaycan iqtisadiyyatı çox böyük potensiala malikdir"

Xəbər
Dünən, 10:00

Masazır sakinləri 11 saatdır işıqsızdır - "Zəng edirik, cavab vermirlər"

Xəbər
Dünən, 09:33

"Xəzərdə suyun səviyyəsinin davamlı azalmasından narahatıq" - Ceyhun Bayramov

Xəbər
25 sentyabr 2026, 18:00

Dərnəgül dayanacağında yenilik - ADY detalları açıqladı

Xəbər
25 sentyabr 2026, 17:17

Rusiyalı turistin Bakıdakı xəstəxana təcrübəsi - İDDİA

Xəbər
25 sentyabr 2026, 17:14

Yeni tədris ilinin başlanması ilə əlaqədar valideynlərə əlavə məzuniyyət verilə bilərmi? – Nazirlikdən açıqlama

Xəbər
25 sentyabr 2026, 16:40

Saxta Fransa pasportu ilə Avropaya getmək istəyən ərəb Bakıda HƏBS OLUNDU

Xəbər
25 sentyabr 2026, 15:46

Bakıda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ

Xəbər
25 sentyabr 2026, 15:04

Dövlət Gömrük Komitəsinin sədri Qədir Rüstəmovun oğluna xəbərdarlıq etdi

Xəbər
25 sentyabr 2026, 14:20

Bloqerlərin reklam etdiyi "makler"ə HÖKM OXUNDU - 378 minlik DƏLƏDUZLUQ

Xəbər
25 sentyabr 2026, 13:20

Bakıda sabahın hava PROQNOZU

Xəbər
25 sentyabr 2026, 12:55

288 müəllim iş yerini dəyişir

Xəbər
25 sentyabr 2026, 12:26

Böyükşor gölündəki yaşıl rəngin səbəbi YOSUNLAR İMİŞ - RƏSMİ

Oxşar xəbərlər