Bakının Yusif Səfərov küçəsindəki işıqforlara görə sıxlıq müşahidə olunur. Cavanşir körpüsünün təmirə bağlanması səbəbi ilə sözügedən bu yolda sadəcə bir istiqamət üzrə hərəkət olsa da, Mərkəzi Neftçilər Xəstəxanasının yanındakı işıqfor əvvəlki rejimdə çalışır. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Sürücülər deyirlər ki, buradakı işıqforlar körpü təmirə bağlandıqdan sonra ərazidə tıxaclar yaradır.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib ki, Yusif Səfərov küçəsindəki həmin işıqforlar bir-biri ilə əlaqəli şəkildə çalışır və yalnız birinin işləməsi texniki cəhətdən mümkün deyil. Belə ki, 28 May küçəsi istiqamətində daim yaşıl işığın yanması Mehdi Mehdizadə küçəsindən Yusif Səfərov küçəsi istiqamətində hərəkət edən sürücülər üçün xaotik vəziyyət və qəza şəraiti yaradar.
Ətraflı süjetdə: