Paytaxtın Səbail rayonunun Şövkət Ələkbərova küçəsində yerləşən yaşayış evinin üzlüyü uçub. Bu haqda bu gün, 11 aprel tarixində Bakuplus.az məlumat verir.
Şahidlərin sözlərinə görə, binanın aqlay daşından olan üzlənməsi bir neçə il əvvəl yenilənib. İkinci mərtəbənin eyvanından düşən daş plitələr zirzəminin üzlüyünə də ziyan vurub.
Hadisə zamanı xəsarət alan olmayıb.
[caption id="attachment_40142" align="alignnone" width="800"]
Foto Bakuplus.az[/caption]