Bakıda daha bir küçədə piyada səkisi zəbt olunub. Bu haqda bu gün, 15 fevral tarixində Bakuplus.az “Bakı Gundeliyi” Facebook səhifəsinə istinadən xəbər verir.
Söhbət Yasamal rayonu, Zivər bəy Əhmədbəyov küçəsindən – “Caspian Plaza”nın arxasından gedir.
Belə ki, ərazidəki piyada səkisini obyekt, avtomobillər və tikinti şirkətinin hasarları zəbt edib. Bu səbəbdən də insanlar hərəkət etmək üçün avtomobil yoluna çıxmalı olurlar.
Bundan əlavə, ərazidə avtobus dayanacağı var. Bu da daha çox piyada axınına səbəb olur.
[caption id="attachment_129777" align="alignnone" width="640"]
Foto Baki Gundeliyi[/caption]