Paytaxtın müxtəlif rayonlarında dəm qazı normadan artıqdır. Bu haqda bu gün, 29 noyabr tarixində Bakuplus.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir.
Səbail, Xətai, Nizami və Nərimanov rayonlarında dəm qazı 1,3, azot-4 oksidi 1,2 dəfə normadan yüksək olub.
Qurum dəm qazı və azot-4 oksidi miqdarının normadan yüksək olmasına səbəbin nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədar olduğunu bildirib.