Abşeron yarımadasında qayadırmanma festivalı keçiriləcək. Bu haqda bu gün, 25 sentyabr tarixində Bakuplus.az Alpinizm Federasiyasına istinadən xəbər verir.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən festivalda kişilər və qadınlar arasında 2 növ - boulderinq və çətinlik üzrə yarışlar keçiriləcək. İlk 3 yerin sahibləri müvafiq diplom, medal və hədiyyələrlə mükafatlandırılacaqlar.
Tədbir “Bakı qulaqları” adlanan Korgöz massivində 7-8 oktyabr tarixlərində baş tutacaq. Festivalda iştirak etmək istəyənlər 2 oktyabr tarixinə qədər qeydiyyatdan keçə bilərlər.