Milli Hidrometeorologiya Xidməti Bakıda havada dispers toz hissəciklərinin miqdarı üzrə ölçmələr aparıb. Bu barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi saytında dərc olunub.
Bakı ərazisində yerləşən avtomatik stansiyalardan əldə olunan məlumata görə, havada tozun miqdarı normadan aşağı olduğu, dəm qazı 1.5, azot 4, oksid 1.4 təşkil edib. Alınmış məlumatlardan demək olar ki, Bakı ərazisində atmosfer havasının çirklənmə səviyyəsi ötən illərlə müqayisədə azalıb.
"Oktyabrın 7-dək yağıntılı və küləkli hava şəraitinin olacağını nəzərə alsaq, yaxın günlərdə də havanın keyfiyyətinin əlverişli olacağı gözlənilir"- Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib.