Bakı sakinləri qızılca ilə bağlı öz fikirlərini bildiriblər. Bu haqda bu gün, 4 dekabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Ölkədə qızılcaya yoluxmalar artır. Bu da pandemiya təhlükəsi yaradır. Keçirilən sorğu zamanı sakinlər yeni karantinə hazır olmadıqlarını bildiriblər.
“Gərək camaat özünü qorusun, peyvənd vursun, təmizliyə riayət etsin. Yenidən pandemiyaya hazır deyilik”, – deyə sakinlər öz fikirlərini söyləyiblər.
Bəziləri insanların peyvənddən imtina etmələrini karantin zamanı peyvəndə qarşı aparılan antitəbliğatla əlaqələndirirlər.
Həmçinin bəzi sakinlər qızılcaya yoluxmanın qaçılmaz olduğunu bildirirlər.
“Əvvəl-axır hər kəs yoluxacaq. Uşaqlar da ən yaxşısı indi yoluxsunlar, nəinki böyüyəndən sonra”, – deyə bəzi sakinlər qeyd ediblər.