Bakıda yaşamaq üçün aylıq gəliri açıqlanıb. Bu haqda bu gün, 13 avqust tarixində Bakuplus.az xəbər verir.
Rəsmi statistikaya görə, 2024-cü ilin yanvar-may aylarında Bakı şəhərində ortaaylıq əməkhaqqı 1272 manat 30 qəpik olub.
"Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsinə əsasən yaşayış minimumunun həddi əməkqabiliyyətli əhali üçün 287, uşaqlar üçün isə 235 manat məbləğində müəyyən edilib.
Bu göstəricini nəzərə alaraq 4 nəfərlik ailənin yaşayışı üçün aylıq minimum 1044 manat lazımdır. Bu ailənin kirayədə yaşadığını nəzərdə alsaq, 4 nəfərdən ibarət kirayədə yaşayan ailənin aylıq gəliri ən azı 1544 manat olmalıdır.