Bu gün, 10 fevral səhər saatlarında Bakı-Sumqayıt qatarında sərnişinlər arasında mübahisə yaranıb. Bu haqda Caliber.az məlumat verib.
Orta yaşlı kişi öz oturacağı ilə yanaşı, daha bir yeri “tutub”. O, dostu üçün yer saxladığını bildirib. Sərnişinlərin, o cümlədən qadınların ikinci yeri boşaltmaq tələbi kişiyə təsir etməyib.
Daha sonra sərnişinlərin xahişi ilə hadisə yerinə gələn növbətçi polis əməkdaşı həmin şəxsə irad bildirərək ondan ikinci oturacağı boşaltmasını tələb edib və o, bunu edib. Polis məmuru yaşlı bir qadını boşaldılmış oturacaqda əyləşdirib.