Bakı - Sumqayıt yolundakı çöküntü ilə bağlı açıqlama verilib. Bu haqda bu gün, 27 iyul tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat katibi Seymur Qasımovun verdiyi məlumata görə, çökmənin əsas səbəbi magistral yolun yaxınlığında mənzil-tikinti şirkəti tərəfindən inşa olunan binalar üçün "Azərsu" ASC-dən alınmış Texniki Şərt əsasında podratçı təşkilat tərəfindən qurulan kanalizasiya xəttinin çəkilişi və son günlərdə havanın yağmurlu keçməsidir.
"Belə ki, yağış suları asfalt örtüyünün altına keçərək yolun alt qatını (qırmadaş hissəsini) yuyub və nəticədə çöküntü əmələ gəlib. Bildiririk ki, 27 iyul 2024-cü il tarixindən mənzil-tikinti şirkəti tərəfindən yolun bərpa işlərinə başlanacaq", - deyə S.Qasımov qeyd edib.