Bakı–Sumqayıt yolunda qadın hücuma məruz qalıb. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az Oxu.az-a istinadə xəbər verir.
Hadisə ötən gün Bakı Beynəlxalq Avtovağzal Kompleksi yaxınlığında qeydə alınıb. Polis şöbəsinə verilən məlumata görə, taksi sürücüsü idarə etdiyi “Opel” markalı 99-UP-654 dövlət nömrə nişanlı avtomobili ilə xanım sürücünün qarşısını kəsib. Daha sonra isə o, dəyənəklə nəqliyyat vasitəsindən düşərək xanım sürücünün avtomobilinə doğru hücum edib.
Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, əməli törədən Sumqayıt şəhər sakini Namiq Sultanov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.
Hazırda araşdırma aparılır.