Bakı-Sumqayıt yolundakı qəzanın təfərrüatları bəlli olub. Bu haqda bu gün, 20 iyul tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.
Əldə olunan məlumata görə, qəzanı törədən sürücü ailəsi ilə birlikdə Laçından gəlirmiş. Sürücünün bildirdiyinə görə, şəhərə qayıdan zaman idarə etdiyi "Mercedes" markalı avtomobilin sükanı arxasında ani olaraq yuxulayıb və avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaclara çarpılıb. Sürücü hadisə anında ayılıb.
Qəza nəticəsində sürücünün həyat yoldaşı Südabə Əbdül qızı Yusifova və onların nəvəsi hadisə yerində ölüblər.