Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə ən təhlükəli vəziyyətdə olan binaların sayı açıqlanıb. Bu haqda bu gün, 15 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında bildirilib ki, Bakı, Gəncə və Sumqayıtda ən təhlükəli vəziyyətdə olan 69 bina var. Bu binalarda 2886 ailə yaşayır.
Həmin binalarla bağlı tədbirlər keçirmək üçün 50 milyon AZN vəsait ayrılıb. Növbəti 3 ildə bu istiqamətdə işlər davam etdiriləcək.