Sabunçu rayonunun Bakıxanov qəsəbəsində meşə örtüyü yoxa çıxır. Bu haqda 22 iyul tarixində 1news.az məlumat verib.
Qəsəbə sakinləri həyəcan təbili çalır. Onlar bildirirlər ki, ağaclar quruyur, onlara baxan yoxdur. Həmçinin ağacların qəsdən məhv edilməsi halları da olur.
Sakinlər əlavə edirlər ki, son 20 ildə ağacların sayı xeyli azalıb.