top
Bakıxanov qəsəbəsindəki binada sakinlər 13 il qazsız və istilik sistemi olmadan yaşayırlar – VİDEO
23 yanvar 2024, 07:13
- ↺ +

Bakıxanov qəsəbəsindəki binada sakinlər 13 il qazsız və istilik sistemi olmadan yaşayırlar – VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səməd bəy Məhmandarov, 8 ünvanının sakinlərinin mənzillərində 13 ildir ki, nə qaz xətti, nə də istilik sistemi var. Bu haqda bu gün, 23 yanvar tarixində Bakuplus.az ARB Xəbər-ə istinadən xəbər verir.

Tikilidə qaz xətti olmadığına görə sakinlər qaz balonlarından istifadə etsməyə məcbur olurlar. Onlar qaz balonlarını gündəlik yeməklərin hazırlanması, eləcə də evin isidilməsi üçün istifadə edirlər.

Sakinlərin sözlərinə görə, həmin binada 84 ailə yaşayır. Hər ailənin evində 2 qaz balonu var.

“Biz 2 aydan bir 24 litrlik qaz balonu doldurub gətiririk. İşıq pulu yazır, qazımız yoxdur, haradasa 50-60 manat mən verirəm, ailələr var ki, 100-130 manat işıq pulu verir. Biz gedib dəfələrlə müraciət etmişik qaz idarəsinə, lakin heç nə dəyişilməyib”, – deyə sakinlər şikayət edirlər.

“Azəriqaz” İB-nin departament rəisi Rauf Əhmədovdan verilən məlumata əsasən, 2011-ci ildən o ərazinin qaz xətləri yararsız vəziyyətdə olduğuna görə qazın verilişi dayandırılıb.

“Həmin binada Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları da baxış keçiriblər, bina yataqxana tipli olduğuna görə oraya qaz verilməsinin mümkünsüzlüyü ilə bağlı rəy bildiriblər”, – deyə departament rəisi əlavə edib.

Binanın balans saxlayıcısı, 146 saylı mənzil kommunal istismar sahəsi də binanın qəzalı olmasına dair FHN-in rəyi olduğunu təsdiqləyib. Qazın çəkiləcəyinə ümidini itirən sakinlər heç olmasa mərkəzi istilik xəttinin çəkilməsini istəyirlər. Amma bunun da mümkünsüz olduğu deyilir.

“Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib ki, sözügedən bina qurumun balansında olan binaların sırasına daxil deyil. Gələcəkdə bu binanın və digər binaların mərkəzləşdirilmiş qaydada istiliklə təmin edilməsi investisiya proqramlarından asılıdır.

Son xəbərlər

Xəbər
Bu gün, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər