top
Bakıxanovda ikimərtəbəli binanın üzərində əlavə 5 mərtəbə tikilib – VİDEO
26 sentyabr 2023, 01:35
- ↺ +

Bakıxanovda ikimərtəbəli binanın üzərində əlavə 5 mərtəbə tikilib – VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsində bir müddət əvvəl yeddimərtəbəli binanın beş mərtəbəsi qanunsuz inşa edildiyi üçün sökülüb. Hazırda həmin ərazidə ikimərtəbəli tikilinin üzərində yenidən inşa işlərinə başlanılıb. Sakinlər həmin tikilinin evlərinə yaxın olduğu üçün narahatdırlar. Bu haqda bu gün, 26 sentyabr tarixində Bakuplus.az ATV Xəbər-ə istinadən məlumat verir.

Sakinlərin iddiasına görə, yaxınlıqdakı ikimərtəbəli evin üzərində bina ucaldılır. Bir müddət əvvəl belə bir iş görülüb və sakinlərin şikayətindən sonra, mart ayında həmin bina qanunsuz olduğu üçün sökülüb. Hazırda isə ərazidə yenidən tikinti işləri aparılır.

Sakinlərin sözlərinə görə, yaxınlığında olan 8 mərtəbəli bina da 2017-ci ildə qanunsuz olaraq inşa olunub və onların həyətləri daha da darlaşıb.

Sabunçu Rayon İcra Hakimiyyətindən (RİH) bildirildi ki, hazırda yaşayış olan 8 mərtəbəli bina qanuni şəkildə 2017-ci ildə inşa olunub. Həmin binanın yaxınlığındaki 2 mərtəbəli yaşayış evinin üzərində isə əlavə olaraq qanunsuz 5 mərtəbə ucaldılıb. Daha sonra qanunsuz tikili sökülüb. Binanın ilk 2 mərtəbəsinə isə rəsmi çıxarış olduğundan əl vurulmayıb. Hazırda həmin ərazidə yalnız abadlıq işləri görülür. Əlavə bina tikintisi nəzərdə tutulmayıb.

Sabunçu rayon təsərrüfat şöbəsinin müdiri Elvin Mikayılov: “2023-cü ilin mart ayından söküntü işlərinə başlanılıb. Hazırda həmin ərazidə təmir-bərpa işləri həyata keçirilir. 2 mərtəbəli fərdi yaşayış evinin üzərində sonradan bir neçə mərtəbə inşa olunmuşdu ki, bu da şəhərsalma normalarına uyğun olmadığına görə RİH-nin təşəbbüsü ilə sökülmüşdü”.

Elvin Mikayılov, həmçinin bildirdi ki, həmin ərazi bərpa işlərindən sonra abadlaşdırılacaq. Ərazi RİH tərəfindən nəzarətdə saxlanılacaq.

Son xəbərlər

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
04 noyabr 2026, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
04 noyabr 2026, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
04 noyabr 2026, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
04 noyabr 2026, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
04 noyabr 2026, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
04 noyabr 2026, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
04 noyabr 2026, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
04 noyabr 2026, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər