Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində piyada səkisini zibilxanaya çeviriblər. Bu haqda bu gün, 10 fevral tarixində Bakuplus.az xəbər verir.
“Bakıxanov Mall”un yaxınlığındakı parkın yanı zibil mənbəyinə çevrilib. Bu da sakinlərin narazılığına səbəb olub. Tullantılar düz uşaq meydançasının yanına tökülüb. Bu da azyaşlıların antisanitar şəraitdə oynamaqlarına gətirib çıxarır.
Vətəndaşlar müvafiq qurumların əraziyə baxış keçirməsini xahiş edirlər.
[video width="848" height="478" mp4="https://bakuplus.az/storage/photos/2024/02/video-whatsapp-2024-02-09-v-17.31.05_5a9c5ac9_1.mp4"][/video]