Bakı şəhəri üçün kommunal avtonəqliyyat vasitələri və mexanizmlər alınıb. Bu haqda bu gün, 29 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün 104 ədəd kommunal təyinatlı müasir avtonəqliyyat vasitəsi və mexanizmlər alınıb.
Yeniliklər Böyük Britaniyanın “Mott MacDonald” şirkəti ilə iş birliyi çərçivəsində həyata keçirilib.
Bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi ilə bağlı mərhələli şəkildə paytaxtın 7 rayonu – Nizami, Nəsimi, Səbail, Suraxanı, Xətai, Yasamal və Pirallahı rayonlarına yeni avtonəqliyyat vasitələri alınıb.