Ordubad sakini olan 66 yaşlı Hüseyn Bünyatov Bakıya yeni doğulmuş nəvəsini görməyə gələrkən lotereyada 500 000 manat udub. Bu haqda bu gün, 22 iyul tarixində Bakuplus.az məlumat verir.
Hüseyn Bünyatov qazandığı məbləğlə uzun illər kirayədə yaşayan oğluna və qızına ev alacağını, bir hissəsini isə Qarabağ Dirçəliş Fonduna ianə edəcəyini bildirib.