Bakı yollarında dilənçilər təhlükə yaradırlar. Bu haqda bu gün, 7 dekabr tarixində Bakuplus.az ARB-yə istinadən xəbər verir.
Paytaxt yollarında, əsasən də işıqforlarda tez-tez dilənçilərə rast gəlmək olar. Bəziləri yerində dayanır, digərləri isə avtomobillərə yaxınlaşaraq pul istəyirlər. Əgər sürücü pul verməsə, ona qarşı aqressiv davranırlar.
Çox vaxtı dilənənlər yetkinlik yaşına çatmamış şəxslər olurlar. Onları bu əmələ sövq edənlərin kimliyi isə məlum deyil. Həmin şəxslər məsuliyyətə cəlb olunurlarmı?
“Diləndirilən şəxsin valideyinləri varsa, o, polis əməkdaşları tərəfindən evinə təhvil verilir. Digər şəxs barəsində də qanunamüvafiq tədbirlər görülür”, – deyə DİN-in rəsmisi Nurlan Əliyev qeyd edib.
Hüquqşünas Hadı Hüseynovun sözlərinə görə, yetkinlik yaşına çatmayanın avaralığa cəlb edilməsinə görə 50-90 AZN arası cərimə nəzərdə tutulub. Əgər bu kimi əməllər təkrarlanarsa, həmin şəxsə qarşı 5 gündən 15 günədək müddətdə inzibati həbs tədbiq edilir.