Bakı Zooloji Parkında lan (xallı maral) balası doğulub. Bu haqda bu gün, 17 iyun tarixində Bakuplus.az Zooloji parka istinadən məlumat verir.
Yenidoğulan cinsi erkək olan bala tam sağlamdır, aktivdir. O, ananın yanındadır və ətraf mühiti araşdırmağa çalışır. Hazırda zoopark əməkdaşları onun üçün uyğun bir adın axtarışındadırlar.
Lan öz gözəlliyi və zərifliyi ilə seçilən heyvan növüdür. Onlar 150 fərdə qədər qruplarda yaşayırlar. Duruşlar, səslər və qoxular vasitəsilə bir-biri ilə əlaqə qururlar. Bu, çox çevik və sürətli heyvandır, təhlükə hiss etdikdə saatda 48 kilometrə qədər sürətlə qaça bilir.