Sabunçu rayonu ərazisində baş vermiş oğurluqla bağlı polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Bakuplus.az-a verilən məlumata görə, aparılan araşdırmalarla dekabrın 16-da Pirşağı qəsəbəsində yaşayan şəxsin 9300 manat dəyərində 31 baş qoyununun oğurlandığı məlum olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 52 yaşlı C.Hacıyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.