top
Bakıda bağ evlərinin kirayə QİYMƏTLƏRİ niyə artır?
16 iyun 2025, 06:07
- ↺ +

Bakıda bağ evlərinin kirayə QİYMƏTLƏRİ niyə artır?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"2023 və 2024-cü illərlə müqayisədə dənizətrafı ərazilərdə kirayə qiymətlərində çox ciddi artım var. Demək ki, tələb var, qiymətlər də məhz buna görə belədir. Qiymət artımı ümumi olaraq daşınmaz əmlakın bahalaşmasından irəli gəlir".

Bunu trend.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.

O bildirib ki, Rusiya-Ukrayna müharibəsindən sonra qiymətlər çox ciddi şəkildə artıb:

"İnşaat materiallarının ölkəmizə gətirilməsində yaranan problemlərin meydana gəlməsi, qlobal inflyasiya, manatın alıcılıq qabiliyyətindəki dəyişikliklər, ölkə iqtisadiyyatının böyüməsi və inkişafı, daşınmaz əmlakın investisiya cəlbediciliyinin artması ümumi qiymətlərə təsir göstərdi. Bu artım tendensiyası indi də davam edir.

Əvvəl bir ayın kirayə haqqı 800-1500 manatadək idi. İndi isə ən yaxşı halda 3000 manata ev tapmaq olur. Son üç ildə qiymət artımı tendensiyası təqribən 30-35% olub. Nəticədə 90%-dək qiymət artımının şahidi olmuşuq".

V.Oruc vurğulayıb ki, bu istiqamətdə ciddi biznes maraqları formalaşıb.

"Sahibkarlar görürlər ki, əhalinin yay dövründə kirayə ev axtarmaq cəhdləri artır, bu istiqamətdə addımlar atırlar. Mərdəkan, Novxanı, Şüvəlan, Bilgəh istiqamətində boş torpaq sahələrini alırlar, villalar tikirlər, bunları ya alqı-satqı məqsədilə bazara çıxarırlar, ya da mövsümi olaraq kirayə verilir".

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə isə deyib ki, hər il yay mövsümü başlayarkən, xüsusilə iyun, iyul, avqust aylarında paytaxtın bağ evi kirayəsi ilə məşğul olan rieltorlar, ev sahibləri ənənəvi olaraq evlərin qiymətini artırırlar:

"Çünki bu, təbiidir, ehtiyac yaranır, təklif çoxalır, qış aylarında kirayə verə bilmədikləri evi yay aylarında daha yüksək qiymətə verməklə gəlirlərini kompensasiya etmək istəyirlər. Bu il bir qədər fərqli olaraq artıq günlük kirayələrin sayı artmağa başlayıb. Əvvəllər bağ evləri daha çox mövsümi verilirdisə, bu il günlük kirayələr artıb. Bu, yenilikdir. Günlük 200-250 manata evlər təklif olunur. Həyət evlərinin kirayə dəyəri bağ evlərindən daha aşağıdır. Fərdi yaşayış evlərinin qiyməti 1000 manatdan başlayır. Əgər hovuz varsa, qiymət 1800-2000 manat aralığında dəyişir. Aylıq verilən evlərin orta qiyməti 3000 manat təşkil edir. Aylıq kirayəsi 5000 manatdan çox olan evlər də var".

R.Qasımzadə əlavə edib ki, mənzillərdə dəniz yaxınlıq məsafəsindən asılı olaraq qiymətlər dəyişir.

"Dənizə daha yaxın mənzillər daha baha olur. Ən bahalı evlər Bilgəh, Buzovna, Şüvəlan, Mərdəkan və Novxanıdadır. Əvvəlki illərdə hətta 10 min manata da evlər təklif edilirdi. Amma indi belə hallara az rast gəlinir. Bəzi bağ evlərinin həyətində hovuzla yanaşı, tennis kortu, mini futbol və basketbol meydançası, ev kinoteatrı olur, hər bir şəraitlə təchiz olunur, bu evlərin qiyməti, sözsüz ki, daha yüksək olur", - deyə o fikrini tamamlayıb.

Son xəbərlər

Xəbər
Dünən, 17:54

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO

Xəbər
Dünən, 17:49

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir

Xəbər
Dünən, 17:31

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

Siyasət
Dünən, 16:45

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI

Xəbər
Dünən, 16:43

Telefonda yüksək səslə danışdı, ona baxan şəxsi döydü

Xəbər
Dünən, 16:28

Bakıda noyabr ayında hava necə olacaq? – PROQNOZ

Aktual Xəbərlər
Dünən, 15:46

"İnci" uşaq bağçasında azyaşlı uşağın döyüldüyü iddia olunur

Siyasət
Dünən, 14:27

Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilib

Xəbər
Dünən, 14:26

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

Xəbər
Dünən, 12:37

Öləcəyi günü əvvəlcədən bildi, efirlərə çıxışı qadağan olundu, oxuduğu mahnılara görə həbs edildi...

Xəbər
Dünən, 12:09

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib - FOTO

Xəbər
Dünən, 11:46

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Xəbər
Dünən, 10:18

"20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

Xəbər
Dünən, 09:39

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Xəbər
Dünən, 09:34

Elman Nəsirovun keçmiş arvadı olduğu deyilən qadın dispanserə yerləşdirildi

Aktual Xəbərlər
29 oktyabr 2026, 17:55

Bakıda məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib

Binəqədi
29 oktyabr 2026, 16:45

Bakıda müdir işlədiyi supermarketi taladı: 11 min manatlıq çipsi...

Xəbər
29 oktyabr 2026, 15:02

2 yaşlı uşağın ölümündən sonra dayə yoxa çıxıb – ƏMİSİ DANIŞDI

Xəbər
29 oktyabr 2026, 14:40

ADY qatarlarında 9 ayda 800-dən çox əşya unudulub

Xəbər
29 oktyabr 2026, 13:27

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Xəbər
29 oktyabr 2026, 13:02

Azərbaycanda sürücülük vəsiqəsi alan QADINLARIN SAYI rekord qırıb

Xəbər
29 oktyabr 2026, 12:48

"VİP Motors"un təsisçisi direktoru məhkəməyə verdi

Xəbər
29 oktyabr 2026, 12:19

Azərbaycanda bir ildə 95 mindən çox abort qeydə alınıb

Xəbər
29 oktyabr 2026, 11:29

Azərbaycanda terrorçuluqla bağlı cinayət işi: 8 nəfərə hökm oxundu

Oxşar xəbərlər