Bakıda qohumların davası qanla bitib.
Lent.az xəbər verir ki, hadisə bu gecə saat 2 radələrində paytaxtın Xətai rayonu Gəncə prospektində baş verib. 32 yaşlı E.Zeynalova kəsici alətlə xəsarət yetirilməsi və xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Məlumata görə, cinayəti törədən və zərərçəkən xalaoğlanlarıdır.
DİN-in mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla əməli törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib.
Hazırda onun saxlanılması istiqamətində tədbirlər görülür.