Suraxanı rayonunda oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Bakuplus.az-a verilən məlumata görə, rayonun Yeni Günəşli qəsəbəsi V massivində yerləşən 3 mağazadan müxtəlif vaxtlarda ümumilikdə 1500 manat məbləğində oğurluq etməkdə şübhəli bilinən 33 yaşlı O.İsmayılov, 23 yaşlı F.Yolçuyev və 20 yaşlı A.Cəfərov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.