Nöqsanlar aşkarlanan dondurmalar niyə hələ də satışdadır? Bu haqda bu gün, 19 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Ticarət şəbəkələrində satılan dondurmalarla bağlı monitorinqin nəticələrinə görə, nöqsanlar aşkarlanmış dondurmaların hələ də satışda olması ictimaiyyətdə narahatlıq yaradıb.
AQTA-dan bildirilib ki, sözügedən məlumatda söhbət konkret istehsal tarixli məhsul partiyasından gedirdi. Həmin istehsal tarixli məhsulların satışdan geri çağırılması ilə bağlə proses gedir. Yaxın günlərdə bununla bağlı rəqəmlər də açıqlanacaq.
Daha öncə ölkə ərazisində satışda olan bir sıra dondurmalarda təhlükəli bakteriya aşkarlanması barədə məlumat verilmişdi.