Bakının Yasamal rayonu, Həsənbəy Zərdabi, 182 ünvanında kanalizasiya quyusu açıq vəziyyətdə qalıb. Bu haqda bu gün, 7 avqust tarixində Bakuplus.az məlumat verir.
Sakinlərin sözlərinə görə, həmin lük nəqliyyatın hərəkət hissəsində yerləşir. Həmin küçədə isə adətən avtomobillərin sıx axını müşahidə olunur.
Yerlilər aidiyyəti qurumlardan müvafiq tədbirlərin görülməsini xahiş edirlər.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/08/video-whatsapp-2023-08-07-v-11.42.191.mp4"][/video]