Bakı Ali Neft Məktəbinin tələbələri külli miqdarda pul qazanıblar. Bu haqda bu gün, 29 iyun tarixində Bakuplus.az “Azərbaycan Universitetləri” Facebook səhifəsinə istinadən xəbər verir.
Bakı Ali Neft Məktəbinin komandası “Baku Investment Day”də “CleanTech” kateqoriyasında özünü bərpa edən sement layihəsi ilə qalib elan olunaraq 100.000 ABŞ dolları məbləğində pul mükafatına layiq görülüb.
Layihə BANM-in Kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsi Cəvahir Yusifzadə, II kurs tələbəsi Zərifə Əsədullayeva və Biznesin idarə edilməsi ixtisasının II kurs tələbəsi Solmaz Mahmudova tərəfindən təqdim olunub.