Paytaxtın Səbail rayonu, Bayıl yaşayış massivində növbəti “ABAD həyət” sakinlərin istifadəsinə verilib. Bu haqda bu gün, 29 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Layihə çərçivəsində 1500 kv.metr sahədə yeni tamet örtüyü döşənib, həyətin ərazisindəki mövcud yaşıllıqlar bərpa olunub, eləcə də 30 ədəd ağac və müxtəlif növ gül kolları əkilib və 400 kv.metr sahədə yaşıllıq zolağı salınıb.
200-dən çox sakinin istifadəsinə verilən məhəllədə uşaq və idman meydançaları yaradılıb, söhbətgah və oturacaqlar quraşdırılıb.
[caption id="attachment_85215" align="alignnone" width="640"]
Foto apa.az saytı[/caption]