Novruz bayramı ərəfəsində bazarlarda qiymətlər necədir? Bu haqda bu gün, 20 mart tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Bayramqabağı Bakı sakinləri bazarlara axın edirlər. Hər kəs bayram bazarlığı etmək üçün alış-verişə çıxıb. Satıcıların sözlərinə görə, bəzi qiymətlərdə eniş müşahidə olunur.
Qoz ləpələri 8-20 AZN, fındıq 14-16 AZN, balıqlar 7-15 AZN arası dəyişir. Alma 2 AZN qiymətindədir, mandarin 3 AZN, armud 2 AZN-ə təklif olunur. Xiyar 3,5, pomidor 6-7 AZN qiymətindədir.
Alıcılar isə qiymətlərin kəskin artdığını vurğulayırlar.
“Bayrama yaxın ucuzluq olmalıdır, ancaq çox bahaçılıqdır. Hər şey bahadır. Hər şeyin qiyməti qalxıb”, – deyə sakinlər bildirirlər.
İqtisadçıların sözlərinə görə, təkcə xonça üçün 127 AZN pul lazım olur. Bayram süfrəsi üçün isə 270 AZN lazımdır ki, 1 ailə bayram keçirə bilsin.