Bu yay paytaxt bazarlarında 1,5 manatdan ucuz məyvə tapmaq mümkün deyil. Hətta şəhərin ən ucun bazarlarından biri hesab olunan 8-ci kilometr bazarında ziyarətçilər ötən illə müqayisədə qiymətlərin iki dəfə bahalaşdığını iddia edirlər. Bu haqda bu gün, 17 iyun tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Satıcılar da bu məlumatı təsdiq edirlər. Onlar ötən il bəzi meyvələrin, xüsusilə isə 2 manata satılan gilasın və albalının cari il 4 manata satıldığını bildirirlər. Səbəb isə rayonlara dolu və yağışın düşməsi ilə əlaqələndirilir.
Sözügedən bazarda ən ucuz qiymətlərə meyvələr satılsa da, alıcılar təklif olunan dəyərdən razı qalmırlar.
Ətraflı süjetdə: