Bakı Dövlət Universitetini bu il neçə tələbə bitirir? Bu haqda bu gün, 27 iyun tarixində Bakuplus.az Azərtac-a istinadən xəbər verir.
2023/2024-cü tədris ilində Bakı Dövlət Universitetini (BDU) 5000-dən çox tələbə bitirir. Ümumilikdə fəaliyyət göstərdiyi dövr ərzində BDU 200.000 nəfərdən artıq mütəxəssis və yüksəkixtisaslı kadr yetişdirib.
Hazırda BDU-da 16 fakültə, 1500 nəfərlik professor-müəllim heyəti fəaliyyət göstərir, 25.000-ə yaxın tələbə təhsil alır. Bakalavriat səviyyəsində 75 ixtisas, magistratura səviyyəsində 258 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir.