Bakı Dövlət Universitetinin tədqiqatçısı ABŞ-də çıxış edib. Bu haqda bu gün, 22 iyun tarixində Bakuplus.az Azərtac-a istinadən xəbər verir.
Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Aygün İsrayılova ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosu (ECA) və Amerika Xarici Araşdırma Mərkəzi Şurası (CAORC) tərəfindən keçirilən “Səfər qrantı” müsabiqəsinin qalibi olub.
Aygün İsrayılova ABŞ-nin Corciya ştatının Atlanta şəhərində Amerika Mikrobiologiya Cəmiyyəti tərəfindən keçirilən Mikrobioloji Elmlər Konfrasında (ASM Microbe 2024) iştirak edib. Aygün İsrayılova konfransda “Sinamaldehid əsasında sintez olunan yeni azometin törəməsinin in silico və antibakterial aktivliyinin tədqiqi” mövzusunda məruzə ilə çıxış edib.
Konfrans mikrobiologiyanın müxtəlif sahələrini əhatə edən 20 müxtəlif sessiyanı özündə birləşdirib.