Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin magistr məzunu Şəbnəm Tağıyeva dünyaca məşhur universitetə qəbul olub. Bu haqda bu gün, 5 avqust tarixində Bakuplus.az məlumat verir.
Hüquq fakültəsinin magistr məzunu Şəbnəm Tağıyeva "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" (“Xaricdə təshil”) çərçivəsində tam təqaüd qazanmaqla Böyük Britaniyanın məşhur Oksford Universitetinin İctimai siyasət ixtisası üzrə magistratura pilləsində təhsil alacaq.