Bakı Dövlət Universitetinin SABAH qrupları Qarabağ Universitetinə köçürülür. Bu haqda bu gün. 31 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı Dövlət Universitetinin (BDU) Hüquqşünaslıq fakültəsi üzrə SABAH qrupları ləğv olunur. Yeni təhsil ilindən SABAH qruplarına qəbul Qarabağ Universitetində aparılacaq.
SABAH qrupları 2014-2015-ci tədris ilində yaradılıb. Məqsəd tələbələrin intellektual və yaradıcılıq potensialının inkişafı və ixtisaslar üzrə kompetensiyalara tam yiyələnməsini, ali təhsilin keyfiyyətinin yüksəldilməsini və tədrisin təşkilində mütərəqqi forma və metodların tətbiqini təmin etməkdir.