Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 2-ci döngə adlanan ərazidə yağışdan sonra hərəkət etmək mümkün olmur. Bu haqda bu gün, 2 dekabr tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Yağışdan sonra ərazi gölməçəyə çevrilir, hər yer palçıq və su olur. Yollar, demək olar ki, keçilməz olur. Şagirdlər bu yolla məktəbə getməyə məcbur olurlar. Bu da onlar üçün xeyli çətinlik yaradır.
“Ayaqqabılarımız və şalvarlarımız batır. Məktəbə girmək üçün binanın ətrafından fırlanıb digər tərəfdən girməliyik”, - deyə sakinlər gileylənirlər.
Binəqədi rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı bildirilir ki, həmin yolların təmiri üçün Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) müraciət edilib. Vəsait ayrıldıqdan sonra təmir işlərinə start veriləcək.
[URIS id=81505]