Bakının Sabunçu rayonu, Bilgəh qəsəbəsində Hökümə Qurbanova küçəsi təmir olunur. Bu haqda bu gün, 7 avqust tarixində Bakuplus.az Sabunçu Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.
İşlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) və Bakı Abadlıq Xidməti tərəfindən aparılır. Artıq küçəyə eni 4 m, uzunluğu 600 m olmaqla yeni asfalt örtüyü vurulub. Rayonun digər ünvanlarında da abadlaşdırma aparılır.
Aparılan abadlıq işləri çərçivəsində tarixi abidələrin bərpası, evlərin fasadlarının təmiri, kanalizasiya xətlərinin çəkilişi, küçələrin işıqlandırılması, piyada səkilərinin salınması, məişət tullantılarının toplanması, dekorativ kol və güllərin əkilməsi nəzərdə tutulub.
[caption id="attachment_108718" align="alignnone" width="640"]
Foto Sabunçu Rayon İcra Hakimiyyəti[/caption]