Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində yerləşən nəzarətsiz çimərlik ərazisi “maşın bazarı”na çevrilib. Sosial şəbəkələrdə yayılan videogörüntülərdə sıra-sıra parklanan minlərlə avtomobil görüntülənib. Bu haqda bu gün, 20 iyun tarixində Bakuplus.az məlumat verir.
Dənizin qırağında istirahətə avtomobillə gələnlərin həddindən artıq çox olması digər vətəndaşların narazılığına səbəb olub. Sahildə avtomobillərə görə özü üçün yer tapa bilməyənlər yaranmış vəziyyəti çəkib, sosial şəbəkələrdə paylaşıblar. Bu kadrlar geniş müzakirələrə səbəb olub. Vətəndaşlar, həmçinin çimərliyin çirkli olduğunu bildirirlər.
İnternet istifadəçiləri izdihamın əsas səbəbini şəhərdə pulsuz çimərliklərin az sayda, ödənişli çimərliklərin giriş pulunun isə yüksək olmasında görürlər.
[video width="1088" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2024/06/video_2024-06-20_13-38-211.mp4"][/video]