top
Binədə kişinin evi iki ildir ki, mənimsənilib – VİDEO
10 yanvar 2024, 04:00
- ↺ +

Binədə kişinin evi iki ildir ki, mənimsənilib – VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda bir neçə ailənin evləri digər şəxslər tərəfindən mənimsənilib. Bu haqda bu gün, 10 yanvar tarixində Bakuplus.az ATV Xəbər-ə istinadən məlumat verir.

Şikayətçi Rafiq İbrahimov deyir ki, valideynləri 2000-ci ildə sovxozda işləyərkən Südçülük sovxozunda 4 sot torpaq onların payına düşüb. 2021-ci ildə isə özü həmin torpaqda 2 otaqlı ev tikib və 2 ildir orada yaşayır.

“Ayın 18-də getmişdim mağazaya, qonşular zəng elədilər ki, “tez gəl, evi dağıdırlar”. Mən də gəlib gördüm ki, qapını qırıblar, evdə 7-8 nəfər adam var. Soruşdum: “Nə olub, niyə belə edirsiniz?” Dedilər: “Ev bizimdir, biz tikmişik”, – deyə kişi danışıb.

Rafiq İbrahimovun evinə qanunsuz sahibləndiyi iddia olunan və özünü təqdim etməkdən imtina edən şəxs iddiaların əsassız olduğunu bildirib. Əksinə, o, 5 ay burada olmadıqlarından istifadə edərək qarşı tərəfin hazır tikilinin sadəcə üstünü düzəltdirərək əmlakı mənimsəmək istədiyini bildirib. Lakin həmin şəxs torpağın və evin ona məxsus olduğunu təsdiqləyən sənədi təqdim etməkdən imtina edib.

Rafiq İbrahimovla qonşu olan bir neçə vətəndaş da eyni problem yaşadığını deyir. Bildirilir ki, Seymur və Coşqun adlı şəxslərdən bir neçə il əvvəl etibarnamə sənədi əsasında torpaq alıblar. Lakin indi həmin şəxslər tikilən evlərə girərək sakinlərdən torpağa görə pul tələb edirlər.

Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmisi Qurbanəli İslamov məsələnin həllini məhkəmədə görür: “Hüseyn adlı şəxs bizə müraciət etmişdi. Kənd təsərrüfatı təyinatlı çıxarışla gəlmişdi ki, onun yerimi zəbt edirlər. Mülki məsələ olduğuna görə Suraxanı Rayon Məhkəməsinə müraciət etməsini məsləhət gördük”.

Hüquqşünas Cabbar Bayramov deyir ki, verilən etibarnamə istənilən vaxt ləğv edilə bilər. Bu mübahisəyə gəlincə o bildirib: “Etibarnaməni vermə müqabilində hər hansı vəsait alınıbsa, etibar olunan şəxsdən həmin etibarnamə ləğv olunursa, bu artıq aldatma hesab olunur və dələduzluq cinayətinin tərkibini yarada bilər”.

Son xəbərlər

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Oxşar xəbərlər