Bakının Xəzər rayonu, Binə qəsəbəsində avtomobillərin parkinqi üçün nəzərdə tutulmuş yerlər “kiçik sahibkarlar” tərəfindən zəbt olunub. Bu haqda bu gün, 9 oktyabr tarixində Bakuplus.az Avtosfer-ə istinadən məlumat verir.
Əli İsazadə küçəsində, 149 saylı orta məktəbin yaxınlığında avtodayanacaq üçün ayrılan zolaqda ən azı 2 avtomobilin yerində meyvə-tərəvəz satışı ilə məşğul olan şəxslər piştaxtaları yerləşdiriblər.
Həmin satış nöqtəsi məktəbin qarşısına dönmək üçün yolayrıcını da bağlayır.